Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı körpə xəsarət alıb.
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin mərkəzində baş verib.
Yol kənarında hərəkət edən 2016-ci il təvəllüdlü Yarməmmədov Fuad İlham oğlu qəfil avtomobilin qarşısına çıxıb. Nətiəcədə maşın onu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Milli.Az