Facebook-a qarşı təhqiqat başlanıldı

23 Mart 2018 08:16

İsraildə Facebook-a qarşı inzibati təhqiqata başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, araşdırma sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının "Cambridge Analytica" analitik şirkətinə ötürülməsi ilə bağlıdır.

Daha öncə analoji təhqiqata Kanadada start verilmişdi.

Milli.Az