Mercedes 12 min avtomobili geri çağırır

22 Mart 2018 22:16

Mercedes təhlükəsizlik yastığında problem olduğuna görə Mercedes-Benz С/Е və GLK seriyalarından olan avtomobilləri geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət Rusiyaya ixrac olunan 12371 avtomobildən gedir.

Bu avtomobillərin buraxılış seriyası 2011-2017-ci illəri əhatə edir.

Milli.Az