Bu çox sadə suala bənzəyir - əlbəttəki onlar sarıdır. Lakin bəziləri onların yaşıl olduğunu deyir.
Hətta topların hər iki rəngdən ibarət olduğunu deyənlər də var.
Bəs tennis topları həqiqətən də nə rəngdədir? Bəxtimiz gətirib ki, tennis ulduzu Roger Federer bizə bu sualın cavabını verib.

400 min izləyici toplayan bu videoda kimsə ondan tennis toplarının nə rəngdə olduğunu soruşur.
"Onlar sarıdır, elə deyilmi?", isveçrəli deyir.
Həmçinin oxuyun:
Bəziləri üçün Federer-in sözü kifayətdir.
"Əgər Roger deyirsə onlar sarıdır, deməli onlar sarıdır", biri yazır. Onunla razılaşan digər bir şəxs yazıb ki, "mən həmişə tennis toplarının yaşıl olduğunu düşünmüşdüm, amma Roger Federer onların sarı olduğunu deyirsə mən onun sözünə qarşı necə çıxa bilərəm?".
Başqa bir Twitter istifadəçisi yazıb: "Wimbledon-da ot yaşıldırsa, toplar yaşıl ola bilməz". Lakin bəzilri hələ də topların yaşıl olduğunu israr edirlər.
"Roger Federer səhvdir", bir Twitter istifadəçisi yazıb. Başqa bir istifadəçi isəonların "parlaq sarı rəngində" olduqları üçün "yaşıla bənzəyir".
Necə olur ki, insanlar fərqli rənglər görürlər? Buna cavabı bundan əvvəl optik illyuziyada tapmaq olar. Sosial şəbəkələrdə qalmaqallı müzakirələrə səbəb olan ağ və qızılı paltar yadınızdadırmı? Hmm, yoxsa paltarı göy və qara idi?
#TheDress müzakirəsinə səbəb olan foto
2015-ci ilin fevral ayında bu paltarın şəkli sosial şəbəkələrdə istifadəçiləri ikiyə böldü və #TheDress həştəqilə populyarlaşdı.
O zaman Leeds universitetində rəng elm və texnologiya professoru Stephen Westland insanların rəngləri görmə qabiliyyəti bir-birindən çox fərqləndiyini demişdi.
"Biz rəngləri həmişə eyni görmürük", o deyib. "Əslində qəribə olan fakt bunun daha çox hallarının olmamasıdır."
"İnsanların tamamilə fərqli rəngləri görməsi mümkündür, lakin kiminsə beyinində nəyi gördüyünü bilmək mümkün deyil."
Milli.Az