Arvadbaz kişilər daha tez ölür?

17 Avqust 2011 18:39
Milli.Az xəbər portalı "Science"ə istinadən bildirir ki, ABŞ-dakı Oklahoma Universitetində maraqlı tədqiqat aparılıb. Alimlər arvadbaz kişilərin ölüm risklərinin daha çox olduqlarını təsbit ediblər.

Özlərini "maço" sayan hər 100 kişidən 42-i qəzada həlak olur. Şorgöz və arvadbaz olmayan kişilər arasında isə bu rəqəm 36-dır.

"Macho Man" ("Maço adam") kimi tanınan amerikalı güləşçi Rendi Seveyc avtomobil sürərkən ürəktütmaya məruz qalmış, qəzada həlak olmuşdu.

Alimlərin fikrincə, maçolar əksər hallarda aqressiv, hirsli, kişilərin qadınların üzərində hakimiyyətinə şübhə etməyən insanlardır. Belələrinin özlərinə həddən ziyadə inanması onların qəzaya düşmə riskini artırır.

Milli.Az