"Napoli" baş məşqçisi ilə danışıqlar aparacaq

22 Mart 2018 18:45

"Napoli" bu həftə baş məşqçi Maurisio Sarri ilə yeni müqavilə imzalamağı planlaşdırır. Klubun prezidenti Aurelio De Laurentis bununla bağlı təcrübəli mütəxəsislə görüş keçirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Neapol klubu məşqçinin müqavilə müddətini 2022-ci ilin yayına kimi uzatmaq, məvacibini isə 3 milyon avroya yüksəltmək istəyir. Sarrinin sözləşməsində buraxılış qiymətini yığışdırmaq da planda var. Onun 2021-ci ilə kimi nəzərdə tutulan cari müqaviləsində 8 milyon avro buraxılış qiyməti göstərilib.

Milli.Az