Türkiyə PKK-nın ən təhlükəli terrorçusunu məhv etdi

22 Mart 2018 09:54

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.

Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-ya qarşı aktiv döyüşlərdə iştirak edib.

Qeyd olunur ki, bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib.

Milli.Az