Yol qəzası baş verib, xəsarət alanlar var

21 Mart 2018 17:46

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun İbrahim Hacılı kəndində baş verib. 

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobil arxadan ona çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılardan 2-i avtomobillərin sürücüləridir. Onların xəsarəti yüngüldür.

Hadisə zamanı "Mercedes"in bir sərnişini də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hazırda əraziyə DYP və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az