Ronaldinyo siyasətə qoşulur

21 Mart 2018 17:10

Bir müddət öncə futbolçu karyerasını başa vurduğunu rəsmən elan edən Ronaldinyo siyasətə qoşulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2002-ci ilin dünya çempionu Braziliya Respublika Partiyasına üzv qəbul olunub. O, bu il federal senat seçkilərində iştirak etmək fikrindədir. Ronaldinyo Milli Konqresə daxil olmaq istəyir. Sabiq futbolçunun bu istəyi baş tutsa, o, Braziliya qanunverici orqanının üzvlərindən olacaq. Qeyd edək ki, digər braziliyalı Romario da siyasətlə məşğuldur və hazırda Rio-de-Janeyro şəhərinin senatorudur. 

Milli.Az