Kişilərin ən çox sevdiyi 4 saç modeli

17 Avqust 2011 12:38
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Paris Kosmetika İnstitutu kişilərin ən çox sevdikləri 4 qadın saç modelini müəyyənləşdirib.

1. Gur və təbii saçlar. Belə saçlar sprey və köpüyü sevmir. Çünki belə kosmetik vasitələr saçı sərtləşdirir, onlara süni görünüş verir. Kişilər daha çox təbii, yumşaq, iri dalğalı saçları sevirlər.

2. Klassik düz saçlar. Kişilər bu saçları görəndə təhtəlşüur olaraq qadını sağlam və gözəl sayırlar.

3. "Yataqdan yeni qalxmış" tip. Kişilər bu stili həddindən artıq sevirlər.

4. "At quyruğu". Kişilərin belə saç düzümü modelini sevməsinin səbəbi qadının boynunun açıq qalmasıdır.

Milli.Az