Türkiyə və İran PKK-ya qarşı birgə hərbi əməliyyatlara başlaya bilər

16 Mart 2018 20:50

Türkiyə və İran PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyatlara başlaya bilər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən yazır.

Məlumata görə, tərəflər əsasən İran, İraq və Türkiyə sərhəd ərazilərində fəaliyyət göstərən PJAK terror təşkilatına qarşı da birgə hərbi əməliyyatlara başlaya bilər.

PKK və PJAK-a qarşı hərbi əməliyyatların dəqiq başlama vaxtı açıqlanmır.

Milli.Az