“Qıza papaq at, yıxılmadısa, ver ərə” - Aşıq Əhlimandan maraqlı AÇIQLAMA - VİDEO - FOTO

16 Mart 2018 14:44

ARB TV-nin "Səhər - Səhər" verlişinin növbəti qonağı aşıq Əhliman Rəhimov olub.

Milli.Az bildirir ki, xalq artisti Zümrüd Məmmədovanın 22 yaşlı qızının evlənmək üçün hələ yaşının tez olduğuna münasibət bildirən aşıq Əhliman maraqlı açıqlama verib:

"Hələ 5 yaş gecikib. Mən belə eşitmişəm. Deyir ki, papağı at qıza, yıxılmadısa, ver ərə. Böyük dahilərin birindən eşitmişəm ki, insanlar 3 şeyə tələsməlidir. Birinci borcunu verməyə, 2-ci övladlarını maarifləndirməyə çalışmalıdır, 3-cü isə övladlarını yerbəyer etməlidir. Qızdırsa, köçürməli, oğlandırsa, evləndirməlidir. Bir yandan isə 3 əsas şərt var. 1-ci ocaq, 2-ci məktəb, 3-cü mühit. Ocağı təmiz olan, məktəbi güclü olan insanlara mühit qalib gələ bilmir. Əksinə, elə insanlar mühit yaradırlar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qıza papaq at, yıxılmadısa ver ərə" - Açıq Əhlimandan maraqlı AÇIQLAMA