Azərbaycanlı oğlanlar münsifləri təəccübləndirdilər - "Yeteneksizsiniz"də Bakıdan kadrlar - VİDEO

16 Mart 2018 10:23

TV8 kanalında yayımlanan "Yeteneksizsiniz" müsabiqəsinə qatılan azərbaycanlı iştirakçılar performansları ilə münsifləri və tamaşaçıları təəccübləndiriblər.

Milli.Az xəbər verir ki, Azərbaycandan verilişə qatılan Həzrət Məmmədrzayevİbrahim Məmmədov kub şousu göstəriblər. Lakin digər kub şoularından fərqli olaraq onlar illüziya da göstəriblər.

Səhnədə Bakıda çəkilən kadrlar da yayımlanıb. Belə ki, Hülya Avşarın səhnədə pozduğu kubun necə olacağını şounun azərbaycanlı iştirakçısı İbrahim Məmmədov 1 həftə əvvəl bilib və videoya çəkərək səhnədə nümayiş etdirib.

Onların performansı münsiflər və tamaşaçılar tərəfindən bəyənilib.

Milli.Az görüntüləri təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı oğlanlar münsifləri təəccübləndirdilər -