Pakistanda partlayış baş verib: 6 ölü, 10 yaralı

14 Mart 2018 22:52

Pakistanın Laxor şəhərində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 4-ü polis əməkdaşı olmaqla 6 nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanlarına baş vermiş partlayışın səbəbini tam olaraq müəyyənləşdirmək hələlik mümkün olmayıb. Ehtimal edilir ki, partlayış terrorçu-intiharçının özünü partlatması və ya əldəqayırma partlayıcı qurğunun partladılması səbəbindən baş verib. Araşdırma aparılır.

Milli.Az