Restoranda müştərilərlə ofisiant arasında dava olub, xəsarət alanlar var - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB

15 Mart 2018 08:27

15.03.2018

08:27

Mingəçevir şəhərində baş vermiş hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, "Qədiroğlu" restoranında müştərilərlə ofisiant arasında davanın baş verdiyi müəyyən edilib.

Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamanda, müəssisənin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir.

Faktla bağlı araşdırma aparılır.

------------------

14.03.2018

22:40

Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında "Qədiroğlu" restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az