Erməni puluna satılanlar: Xaricdəki ünsürlər hətta ölülərini də siyasətə alət edirlər - VİDEO

14 Mart 2018 21:06

Azərbaycanda cəmiyyətdə özünə yer tapa bilməyən insanlar müxtəlif yollarla xaricə üz tutub burada da eyni problemi yaşadıqları üçün asan qazanc yolu tapıblar. Erməni puluna vətəni sataraq Azərbaycan əleyhinə hər şeyə hazır olan bu insanlar hətta öz ölülərini belə bu murdar oyuna alətə çevirirlər. Orduxan, Vidadi, Yunuslar kimi bu insanların iç üzü artıq cəmiyyətə yaxşı məlumdur. Vidadi İsgəndərlinin nümunəsində bunu ictimaiyyət daha bariz gördü. Bütün faktlara və sübutlara baxmayaraq onun öz atasının qəbrinin təhqir edilməsində israr etməsi doğulduğu göyçayın məlişkkənd sakinlərinin də narahatçılığına səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Vidadi İsgəndərlinin hər cür mənəvi və əxlaqi dəyərləri tapdalayaraq atasının qəbrini siyasi vasitəyə çevirməsi və bu məsələdə tez-tez kəndlərinin adını hallandırması Məlikkənd sakinlərininin narazlığına səbəb olub. Yel çərşənbəsi günü qəbirstanlığa gələn sakinlər Vidadi İsgəndərlinin atası İsgəndər İsgəndərovun da qəbrini də ziyarət edib.

Kənd sakinləri deyir ki, Vidadi özü də yaxşı bilir ki, həmin videodakı qəbristanlıq Məlikkənd qəbristanlığı deyil. İnternetdə yerləşdirilmiş videodakı qəbristanlıqda hətta xaç görüntüləri var. Qəbirlərin əksəriyyətinin daş hasarlarla əhatələnməsi isə fərqi aydın şəkildə göstəririr. Bu fərqləri Vidadi İsgəndərlidən başqa hamı gördü. Amma Vidadinin gözünü bağlayan ata təssübkeşliyi yox başqa şeydi.

Təbii ki Vidadi və Vidadi kimiləri simasını o qədər itirib ki, alıqları qrandları verilən pulları doğrultmaq üçün hər şeyə hazırdır. Onlar bir növ artıq buna biznes gözü ilə baxırlar. Yəni pulu kim verib, sifarişi kim verirsə onlar da həmin havaya oynayırlar. Pulun haradan gəldiyini müəyyənləşdirrmək isə çətin deyil. Yunusların, Vidadinin Orduxanın və onlar kimi ünsürlərin hər hərəkətinin Ermənistanın maraqları ilə sinxronlaşmasından daha böyük bir sübut varmı? Ona görə də onlar guya mübarizlərinin hakimiyyətə qarşı olduqlarını desələr də əslində Azərbaycan əleyhinə fəaliyyət göstərdikləri məlumdur. Bunu özləri də açıq etiraf edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xaricdəki ünsürlər hətta ölülərini də siyasətə alət edirlər