"Qarabağ" - "Neftçi" oyununda hakimdən müəmmalı qərar - FOTOFAKT

14 Mart 2018 19:59

Bu gün "Bakcell Arena"da "Neftçi" lider "Qarabağ"ı qəbul edib.

Milli.Az xəbər verir ki, ağ-qaraların mərkəz müdafiəçisi Kiril Petrov matçın 82-ci dəqiqəsində "Qarabağ"ın əvəzetmədən meydana daxil olan hücumçusu Ramil Şeydayevin qarşısını cərimə meydançası daxilində kobudluqla alsa da, hakim oyunu davam etdirib.

Qeyd edək ki, matçın baş hakimi İnqilab Məmmədov olub.

Az öncə bitən matç qolsuz bərabəriklə başa çatıb.

Məhəmməd Vaqif
Milli.Az