Mən nə qadınam ki, paltarımın yerini bilmirəm" - Elza

14 Mart 2018 18:52

Əməkdar artist Elza Seyidcahan "Sirdaş, Rövşanə" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni kişi-qadın münasibətlərindən danışıb:

"Kişi qadına icazə verməlidir ki, ailəni qadın idarə etsin. Bizim evdə babam qazanırdı, nənəmə verirdi. Nənəm də evi elə yaxşı dolandırırdı ki... 

Zövq alaram ki, evimi təmizləyim. İndi mən özümə ən dəli qadın kimi baxıram. Evimi özüm təmizləmirəm. Ayda bir dəfə adam çağırıram, gəlib evi təmizləyir. Heç nəyin də yerini bilmirım. Paltarlarımı da axtaranda tapmıram. Mən nə qadınam ki, paltarımın yerini bilmirəm. Əvvəl evimi təmizləyirdim, iynəmin də yerini bilirdim".

Milli.Az