SON DƏQİQƏ: 12 kənd terrorçulardan azad olundu - FOTO

14 Mart 2018 18:00

Türkiyə Silahlı Qüvəlləri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin Gevrika, Gazaviye, Halilo və Deyr Mışmış kəndlərini terrorçulardan təmizləyib. 

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, beləliklə, gün ərzində terrorçulardan alınan kənd sayı 12-yə çatıb.

"Zeytun budağı" əməliyyatının 50-ci günündə TSQ və ASO 200-dən yuxarı kənd və strateji əraziləri terrorçulardan təmizlədikdən sonra hədəf Afrini görən əsas ərazilərə çatıb.

Şimal, qərb və cənubdan olmaqla 3 ayrı istiqamətdə irəliləyən TSQ Afrinin rahatlıqla müşahidə edilən əsas yüksəkliklərə çatdıqdan sonra yenidən silahlanmağa başlayıb. 

Təhməz Təkin
Milli.Az