Sürix protokollarından imtina: Ermənistanın növbəti məkrli hiyləsi

14 Mart 2018 17:11

Artıq keçmiş prezident adlandırılan Serj Sarkisyan mart ayının 1-də Təhlükəsizlik Şurasının iclasında 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokollardan imtina etdiyini söyləyib.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, həmin sənədlərdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri ümumi şəkildə əks olunmuşdu. İrəvan təntənəli surətdə bəyan edib ki, məhz o, həmin protokolları lüzumsuz sayır. Ermənistandakı siyasi və analitik dairələr bu hadisəni onlara məxsus dar düşüncə ilə "təhlil" etməkdədirlər. Onlar az qala S.Sarkisyanın bu addımını qəhrəmanlıq kimi qələmə verirlər. Real olaraq isə növbəti dəfə Ermənistan rəhbərliyinin və onun təbliğatçılarının nə qədər aciz və həqiqətdən uzaq olduqları məlum oldu. Bunu regiondakı vəziyyətlə az da olsa tanış olanlar çox yaxşı bilirlər. Biz məsələnin müəyyən aspektlərini təhlil etməyə qərar verdik.

Təcavüzkarın "əməkdaşlıq prinsipləri", yoxsa tərsinə sülhpərvərin göz yaşları

Ermənistanın siyasi rəhbərlərinin məntiqdən və ədalətdən kənar addımlarına artıq hamı alışıb. Məhdud siyasi təfəkkürlə müstəqillik xəyalında olan zavallılar hansı gülünc vəziyyətə düşdüklərinin fərqində belə deyillər. Onlar qəfəsdə oturub, dünyanın görmədiyi bir mövqedən ağıllarına və xəstə başlarına nə gəldi deməyi dövlət maraqları, siyasi uzaqgörənlik, yaxud sarsılmaz siyasi iradə kimi qələmə verməyə çalışırlar. Buna məlum türk-erməni protokolları adlanan sənəd ətrafında İrəvanın apardığı ucuz və kimsə üçün əhəmiyyəti olmayan şou da dəlalət edir.

Əvvəlcə həmin sənədin qısa tarixçəsi haqqında. 2009-cu ildə İsveçrənin Sürix şəhərində başlıca olaraq Qərb dövlətlərinin israrı ilə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasını və ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan iki sənəd imzalandı. Onlardan biri "Ermənistan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin yaradılması haqqında" Protokol, digəri isə "Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli əlaqələrin inkişafı haqqında" Protokol adlanırdı.

Birinci sənədin 3, 4, 5 və 8-ci bəndlərində müvafiq olaraq vurğulanır: "bərabərlik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, başqa dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə hörmət etmək" (3-cü bənd), "güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinmək, mübahisələrin sülh yolu ilə həlli, insanın təməl haqq və hüquqlarına hörmət etmək" (4-cü bənd), "beynəlxalq hüququn uyğun müqavilələri əsasında iki ölkə arasında ümumi sərhədin mövcudluğunu təsdiq etmək" (5-ci bənd) və "terrorizm, zor tətbiqi və radikalizmin bütün formalarını qınamaqla və bu kimi hərəkətlərə qarşı dözümlülükdən və onları stimullaşdırmaqdan çəkinməklə onlarla mübarizədə əməkdaşlıq etmək" (8-ci bənd) (bax: Протокол об установлении дипломатических отношений между Республикой Армения и Турецкой Республикой / "Кавказский Узел", 11 dekabr 2009).

İkinci sənəddə isə yazılıb: "iki dövlətin regionda sabitlik və təhlükəsizlikdə əməkdaşlıqda ümumi məqsəd daşıdıqlarını nəzərə alaraq..." (5-ci bənd), "beynəlxalq hüququn norma və qaydaları əsasında regional, millətlərarası münaqişələrin sülh yolu ilə həllinə öz sədaqətliliyini təsdiq edərək..." (6-cı bənd), "beynəlxalq ictimaiyyətin terrorizm, millətlərüstü cinayətkarlıq, narkotiklər və silahların qanunsuz dövriyyəsi ilə mübarizəsində ifadə olunan regionda və dünyada sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı yönəlmiş hərəkətlərinə aktiv dəstək vermək" (7-ci bənd) (bax: Протокол о развитии двусторонних отношений между Республикой Армения и Турецкой Республикой / "Кавказский Узел", 11 dekabr 2009).

Ermənilər və onların havadarları arasında vicdanı və ədalət hissi olanları varsa, yuxarıda vurğulanan bəndlərdən hansına İrəvanın əməl etdiyini, yaxud buna hazır olduğunu təsdiq etsin! İllah ki, imkansızdır! Çünki nə 2009-cu ilə qədər, nə də ondan sonra Ermənistan müstəqil dövlət ola bilmədi. O, daim kənardan təhrik edilərək, qonşularına qarşı qərəzli və təcavüzkar mövqe tutdu. Xüsusilə Azərbaycan və Türkiyəyə münasibətdə zərrə qədər də ağıl, ədalətlilik və rasionallıq nümayiş etdirmədi. Əksinə, həmişə danışıqları dalana dirəməyə çalışdı, qonşu ölkənin ərazi bütövlünü pozduğunu, azərbaycanlıların hüquqlarını şovinistcəsinə tapdaladığını və zəbt etdiyi torpaqlardan rədd olmaq zərurətini qəbul etmədi.

Günahkar sülhdən qaçır: Ermənistan destruktivliyində qalır

Keçən müddət ərzində Ermənistanın siyasi leksikonu qondarma "soyqırımı", azərbaycanlıların vəhşi olması, regiondakı hər bir ölkənin Ermənistana ərazi və mədəniyyət borcu olduğunu ifadə edən sözcüklərlə dolu olub. Ermənistan rəhbərliyi nəinki regional təhlükəsizliyə töhfə vermədi, həm də Rusiyanın müasir raketlərinə güvənərək, onlardan bəzilərini yalvarıb öz ərazisində yerləşdirməklə Azərbaycan və Türkiyəyə hədə gəlməyə çalışıb. Son olaraq da çox gülünc və bəsit bir fikir ortaya atıblar. Bir sıra erməni ekspertlər Vladimir Putinin yeni silahlarından Ermənistanda yerləşdirməyin lazım gəldiyini vurğulayırlar.

Diqqət edin - daim başqasının ərazisinə göz tikmək, yeni silahlar alıb onları vurmaq, regionda özündən başqa kimsənin marağını və haqqını tanımamaq kimi barbar duyğularla mövcud olmağa cəhd edən bir sürüdən bəhs edirik! Belələrinə nə Sürix protokolları, nə Helsinki Xartiyası, nə Vyana Konvensiyası! Bunlar erməni rəhbərliyi üçün çox cansıxıcı və məzmunsuz bir kağız parçasıdır. Çünki müstəqil deyillər, dövlətin nə olduğunu tam həcmdə nə anlamayıblar, nə də yaşaya bilirlər! Ona-buna ərazi iddialarından, cavab aldıqda isə göz yaşı tökməkdən əsla utanmayan bir yığınaqdırlar!

İndi də xatırladılan protokollarla bağlı hoqqabazlıq edirlər. Guya Türkiyənin günahı ucbatından həmin sənədlər artıq "ölüdürlər". Buna görə də "Ermənistanın dövlət maraqlarını rəhbər tutaraq" Serj Sarkisyan prezidentliyinin son günlərində onları ləğv etdi. Dərhal da Ermənistanın "siyasi ekspertləri", S.Sarkisyanı lider sayan ruporçuları, "türkoloqları" bu addımın "dərin siyasi, geosiyasi və diplomatik" analizini verməyə başladılar. Onlar İrəvanın vaxtında və çox doğru addım atdığından dəm vururlar. Lakin...

Reallıq tamamilə başqa bir mənzərəni ortaya qoyur. Öncə, onu qeyd edək ki, Sürix protokolları Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən qətiyyən reallaşa bilməzdi. Bu cür sənəd Türkiyə deyil, İran, Rusiya, yaxud Gürcüstanla Ermənistan arasında belə imzalansaydı, həyata keçməsi mümkün deyildi. Səbəbi odur ki, söhbət regional sabitlikdən, əməkdaşlıqdan, terrorla mübarizədən gedirsə, bölgədəki münaqişələrin həlli ilkin şərtdir. Bunlara Dağlıq Qarabağ ilk sırada daxildir. Sağlam düşüncəli hər kəsə aydındır ki, bir məkanda əməkdaşlıq yalnız qarşılıqlı hörmət və anlaşma şəraitində, orada münaqişələrin olmadığında alına bilər. Qalan digər hallarda mahiyyətcə süni və müvəqqəti olur.

Ermənilər isə ədaləti də, haqqı da, mədəniliyi də öz maraqları çərçivəsindən kənarda görmək iqtidarında deyildirlər. Yazıqlar! Budur, onların dövri nəşrlərində "Ankara S.Sarkisyanın protokollarla bağlı addımlarına reaksiya vermədi", deyə növbəti şikayətlərinə başlayıblar. Yəqin gözləyirlərmiş ki, Ankara və Bakı "aman, qoymayın, böyük erməni lider Sürix protokollarından imtina etdi, evimiz yıxıldı", deyə həyəcan təbili çalacaqlar. Sən kimsən, Serj Sarkisyan?! Azərbaycan torpaqlarının işğalında, insanların terror yolu ilə qətlində birbaşa iştirak etmiş, əli qana batmış, Xocalı soyqırımının törədilməsində əli olmuş birisi, müharibə cəlladı! Sən və sənin kimi heç bir adamla razılaşmaq mümkün deyil! Bunu öz hərəkətlərinlə dəfələrlə sübut etmisən!

Təbii ki, İrəvanın Sürix protokollarından imtina etməsi bir daha Ermənistan rəhbərliyinin qeyri-konstruktiv, əməkdaşlığa deyil, savaşa uyğun mövqe tutduğunu göstərir. Aydın görünür ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarından çəkilmək fikrində deyil və ya onu buna təhrik edirlər. Ermənistanın havadarları regionda gərginliyi yüksəltməkdə qərarlıdırlar. Görünür, İrəvanın bu addımında bir sıra böyük dövlətlərin vəziyyəti daha da qarışdırmaq kimi niyyətləri də rolunu oynayıb. Yaxın Şərqdə və ona yaxın regionlarda geosiyasi mənzərənin yüksək gərginlik səviyyəsinə çatdığı bir zamanda vassal bir ölkənin bu hərəkəti yalnız ziyanlığa, şərə xidmət edir.

Əslində, nə Ankara, nə Bakı üçün bu hadisə önəm daşımır. Ermənistan rəhbərliyinin havaya atdığı növbəti boş güllədir. Çünki Azərbaycan və Türkiyə üçün daha əhəmiyyətlisi işğal olunmuş torpaqların nə olursa-olsun azad edilməsi və sülhün bərqərar olmasıdır. Bu prosesdə Ermənistan iştirak etmək istəmirsə, özünün günahıdır. Bütün hallarda Bakı və Ankara ədalətdən, öz haqqını tələb etməkdən və suveren qərarlar verməkdən bir addım da kənara çıxmayacaqlar. Əgər ermənilər Qərbdə müəyyən qüvvələrin Türkiyəyə qarşı neqativ mövqe tutmasına arxayın olurlarsa, bu da əhəmiyyətsiz hissə qapılmaqdır. Türkiyə bütün bunların hər birinin öhdəsindən gələ bilən böyük və güclü dövlətdir. Vaxt gələcək, ermənilər Türkiyəyə uyğun sənəd imzalanması üçün yalvaracaqlar! Lakin heç kəs unutmasın: Ankaraya gedən barış yolu Bakıdan keçir!

Milli.Az