Britaniya 23 rus diplomatı ölkədən qovdu - Rusiyayla əlaqəni kəsdi - YENİLƏNİB

14 Mart 2018 17:02

17:02

Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. 

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib. O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib.
 
O deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir.
Böyük Britaniya ölkənin xüsusi xidmət orqanında çalışmış Skripal və qızının zəhərlənməsi ilə bağlı Rusiya ilə ikitərəfli əlaqələri dayandırdığını elan edib. 

----------
16:11

Britaniya ölkədə fəaliyyət göstərən Rusiya diplomatlarını "arzuolunmaz şəxslər" elan edərək qovmağa hazırlaşır.

Milli.Az bildirir ki, bu barədə  Sky News telekanalı Twitter  profilində xəbər verib. Telekanalın mənbələrinin dediklərinə görə, Britaniyanın baş naziri Tereza Mey bununla bağlı ən yaxın saatlarda açıqlama verəcək.

Londonun sərt addımının səbəbi Britaniyanın Solsberi şəhərində Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı, polkovnik Sergey Skripalla qızı Yuliyaya qarşı "Noviçok" adlı kimyəvi zəhərləyici maddədən istifadə etməklə sui-qəsddir.

Britaniya bu cinayətdə Rusiyanı ittiham edir.

Milli.Az

Sky Sources: Prime Minister Theresa May is to announce the expulsion of Russian diplomats as part of a range of measures in response to the nerve agent attack on former spy

- Sky News Breaking (@SkyNewsBreak) 14 марта 2018 г.