Lukaku: "Növbəti mərhələyə layiq deyildik"

14 Mart 2018 17:05

"Mançester Yunayted" Çempionlar liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq (1:2) mübarizəni dayandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Old Trafford"da baş tutan qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku bunları deyib:

"Bəzi futbolçular meydanda gizlənmişdi. Fikrimcə, oyuna yaxşı başlamışdıq. Daha sonra rəqibə imkan verdik ki, nəzarəti ələ alsın. Bir neçə qol şansını reallaşdıra bilmədik. Daha sonra "Sevilya" fərqləndi. Hücumda oynamağa çalışdıq, onlar ikinci qolu vurdular. Bu qol bizə böyük zərbə oldu. Matçın sonlarında təzyiqi artırsaq da, bu kifayət etmədi. Bu gecə komandanın sahib olduğu keyfiyyətlərə görə daha yaxşı oynamalı idik. Lakin növbəti mərhələyə layiq deyildik. Nəticədən məyus olmuşuq, çünki özümüzdən gözləntilərimiz yüksək idi".

Milli.Az