Moskva-Kiyev dəmir yolunda mina tapıldı

29 Mart 2010 18:29
Milli.Az xəbər portalı "RBK" agentliyinə istinadən xəbər verir ki, mina yerli vaxtla saat 14:30 radələrində aşkarlanıb. Ərazi mühasirəyə alınıb və oraya partlayıcının zərərsizləşdirilməsi üzrə mütəxəssislər çağırılıb. Mina zərərsizləşdirilib və qatarların hərəkətində heç bir problem yaranmayıb.

Milli.Az