Əfqanıstanda ağır qəza: 17 nəfər öldü

14 Mart 2018 16:05

Əfqanıstanın cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 17 nəfərin öldüyü bildirilir.

Hadisə Qəndahər vilayətində baş verib. Qəza nəticəsində daha 24 nəfərin isə yaralandığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi və başqa təfərrüatlar hələ məlum deyil.

Milli.Az