Mirşahinin yeni kanalı sabahdan yayıma başlayır - VİDEO

14 Mart 2018 16:36

Sabahdan etibarən Real TV peyk yayımına başlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kanalın Feysbuk səhifəsində məlumat yayılıb. Eyni zamanda, 20 saniyəlik videoda tanınmış jurnalist Ləman Ələşrəfqızı yer alıb.

Xatırladaq ki, kanalın təsisçisi Mirşahin Ağayevdir. Əməkdaşların əksəriyyəti isə keçmiş ANS-çilərdir.

Milli.Az