Əli Kərimli dünya liderlərinə "məsləhət" verir…

14 Mart 2018 14:58

AXCP sədrinin müavini NurİK Məmmədlinin "Facebook"da yazdığı "Ukrayna hakimiyyəti vaxtında Əlişka Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" statusu sosial şəbəkələrdə böyük əks-səda doğurub. Müsavat başqanının müşaviri Səxavət Soltanlı bu barədə ironiya ilə belə deyib: "Vaxtında məsləhətlərə qulaq asmamaq ciddi problemdir. Vaxtında məsləhətlər eşidilsəydi, AXCP də 7 yerə parçalanmazdı".

"Facebook" istifadəçisi Şahin Cəfərli isə maraqlı təkliflə çıxış edib. O, "Əli bəyi BMT-nin baş katibi qoymaq lazımdır. Dünyada sülh və təhlükəsizliyi təmin etməyə qadir olan yeganə Adəm övladı odur" deyə bildirib. Ən maraqlısı isə "Məsləhətiniz bir telefon qədər yaxın olsun" başlığı ilə dünya liderlərinin Ə. Kərimliyə zəng etməsi fotosu yayılıb...

Saflig.com