Nazir oğlu ilə sevgili olduğu deyilən müğənniyə otel otağında ŞOK TƏKLİF - VİDEO - FOTO

14 Mart 2018 14:45

İstanbulda Kuruçeşmədə lüks bir otel otağında məşhur iş adamının ona edilən evlilik təklifini rədd edən Ebru Polat bu addımının səbəbini açıqlayıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 500 şar, 200 gül və 1000 ədəd şamla hazırlanan evlilik təklifinə Ebru Polat "yox" deyib. Lakin müğənninin edilən sürpriz qarşısında təəccübü də diqqətdən qaçmır.

Məşhur müğənni rədd cavabının səbəbini etiraf edib: "Başqasını sevirəm. Onun dönməyini gözləyirəm. 2 aydır ayrıyıq".

Xatırladaq ki, Ebrunun bir il öncəyə kimi azərbaycanlı nazirlərdən birinin oğlu ilə sevgili olduğu deyilirdi.

Ebru Polatın otel otağından etdiyi paylaşımı:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Müğənniyə otel otağında ŞOK TƏKLİF