Azərbaycanlı müğənninin içkili şəxslə VİDEOsu TƏƏCÜBLƏNDİRDİ

14 Mart 2018 14:17

Dünən "5/5"-də qonaq olan müğənni Qədir Qızılsəsin toy məclislərindən birində çəkilmiş maraqlı görüntüsü canlı yayımda təqdim edilib.

Milli.Az xəbər verir ki, müğənninin ifası zamanı ona yaxınlaşaraq qucaqlayan sərxoş şəxsi yanından uzaqladırmaq əvəzinə başına sığal çəkməsi aparıcı Zaur Kamalı xeyli təəccübləndirib:

"Sizdə səbr var. Qohumlarına demirsiniz ki, bunu məndən uzaqlaşdırın. Hələ, üstəlik, oxuya-oxuya başına sığal da çəkirsiniz".

Müğənninin sözügedən videosunu təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı müğənninin içkili şəxslə VİDEOsu görənləri TƏƏCÜBLƏNDİRDİ