3 yaşlı oğlana siqaret çəkdirən kişi həbs olundu - VİDEO - FOTO

14 Mart 2018 14:43

Səudiyyə Ərəbistanında çəkilən görüntülər valideynlərin narazılığına səbəb olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə orta yaşlı kişinin qucağına aldığı azyaşlı oğlana siqaret çəkdirməsi əks olunub.

Uşağı qucağına alan şəxsin onun öskürməyinə gülməsi izləyənləri daha da qıcıqlandırıb.

Video sosial şəbəkədə yayıldıqdan sonra kişi saxlanılıb. Polisin verdiyi məlumata görə, videodakı uşaq onun öz uşağı deyil, qohumunun oğludur.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

3 yaşlı oğlana siqaret çəkdirən kişi həbs olundu