Ermənistan Ordusu Azərbaycan ərazilərində təlim keçir

14 Mart 2018 12:14

Ermənistan Silahlı Qüvvələri  işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, düşmən ordunun təlimləri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində keçirilir.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. 

Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.

Milli.Az