“Qəbələ” “Sumqayıt”la oyuna itki ilə çıxacaq

14 Mart 2018 20:15

Azərbaycan Premyer Liqasının XX turunun "Keşlə" - "Qəbələ" matçı bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 1:1 hesablı bərabərliklə 2 xal itirən qonaqlar Elvin Camalovun xidmətindən də məhrum olub.

Gənc yarımmüdafiəçi 4-cü sarı vərəqəsini alıb. Bu üzdən də Camalov növbəti matçı buraxacaq. O, XXI turun "Sumqayıt"la qarşılaşmasında "istirahət edəcək".

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı aprelin 2-də keçiriləcək.

Milli.Az