Əfqanıstanda 6 polis öldürüldü

14 Mart 2018 11:55

Əfqanıstanda avtomobilin partlaması nəticəsində azı 6 polis əməkdaşı ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə Helmand əyalətinin Nad Ali şəhərində baş verib. Vilayət qubernatoru Omar Zuak deyib ki, həmin ərazidə bir neçə gün idi hərbi əməliyyat başlamışdı və polislər də ərazidə idi.

Partlayışa görə "Taliban" da daxil olmaqla, heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

Milli.Az