Əli Kərimlinin əlaltılarının daha bir iyrəncliyi - Yalanla qazanılan qazanc

14 Mart 2018 10:53

AXCP sədri, daim düzlükdən dəm vuran, iqtidarı yalançılıqda ittiham edən Əli Kərimlinin siyasi tribunası hesab edilən "Azadlıq" qəzeti öz Facebook səhifəsində YAP-dan olan millət vəkili Aydın Mirzəzadə haqqında həqiqətə uyğun olmayan, yalan məlumat paylaşıb.


Amma deputatın da bu yalana cavabı gecikməyib.

Milli.Az xəbər verir ki, Aydın Mirzəzadə elə həmin sosil şəbəkədəki profilində müxalifətçilərin bu iftirasını yalanla qazanılan qazanc adlandırıb:

"Feysbukda "Azadlıq Qəzeti" adlı bir səhifə var. Bir-iki saat əvvələ qədər onun mövcudluğundan xəbərsiz idim. Dostlardan biri feysbukda mənə mesaj yazdı: "Bu səhifədə sənin haqqında yalan bir xəbər paylaşıblar". Girib baxdım, mənimlə bağlı yalan bir xəbər paylaşıblar.

11 martda Yevlaxda məktəbliləri daşıyan avtobus qəzaya düşəndə mən gün ərzində beş ağır yaralının yerləşdirildiyi Mingəçevir xəstəxanasının rəhbərliyi ilə əlaqə saxaldım və yenilikləri səhifəmdə bölüşdüm.

Bu gün axşam isə yuxarıda adıçəkilən feysbuk səhifəsi mənim həmin paylaşmamı tam dəyişərək yazmadığım fikirlərlə status paylaşıb və onu müzakirəyə çıxarıb. Müzakirəyə qoşulanlar isə mənim səhifəmi oxumadam gözlərini yumub...

Bildirim ki, həmin səhifə müxalif "Azadlıq" qəzetinin rəsmi feysbuk səhifəsidir. Radikal müxalifətçi Əli Kərimlinin rəhbərlik etdiyi "Azadlıq" qəzetinin feysbuk səhifəsi. Artıq yalana və şərə keçiblər. Fikirləşirlər ki, oxuyanlardan beşi inansa belə qazancımızdır. Yalanla qazanılan qazanc".


Qeyd edək ki, real həyatda əllərindən bir şey gəlməyən və özünü müxalifətçi adlandıranlar son zamanlar sosial şəbəkələr üzərindən kütləvi şəkildə yalan və böhtan xarakterli məlumatlar yayır, dezinformasiyalarla insanları çaşdırmağa çalışırlar.

Məmməd Hüseynov
Milli.Az