Boksçularımız Avropa çempionatına hazırlaşırlar

14 Mart 2018 20:56

Boks üzrə Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları təlim-məşq toplanışını davam etdirirlər.

Milli.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, millilərimiz martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.

Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqlərdə məqsəd 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdı.

Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.

Milli.Az