Özcan Dəniz hamilə sevgilisi ilə evləndi

14 Mart 2018 10:28

Məşhur türk müğənni Özcan Dəniz evlənib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, o, 8 mart günündə 7 ay yarımlıq hamilə sevgilisi Feyza Aktan ilə evlənib.

O, kiçik mərasimlə ailə qurub. Mərasimdə 15 nəfər iştirak edib.

25 yaşlı Feyza ilə evlənən Özcan Deniz doğulacaq övladına Kuzey adını verməyi düşünür.

Emin
Milli.Az