Diyarbəkirdə terrorçularla atışmada şəhid olanların sayı artıb

14 Mart 2018 08:58

Türkiyədə terrorçularla atışmada şəhid olanların sayı artıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, atışmada yaralanmış hərbçilərdən biri xəstəxanada dünyasını dəyişib.  

Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 2 hərbçinin şəhid olduğu, 5-inin yaralandığı bildirilirdi. Hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib.

Milli.Az