ABŞ Arktikada hərbi təlim keçirir

14 Mart 2018 08:18

ABŞ Hərbi Dəniz Qüvvələri Arktikada təlimlərə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə HDQ-in rəsmi saytında məlumat dərc edilib.

Bofort dənizində keçirilən təlimlərə həmçinin Böyük Britaniyanın sualtı qayıqları cəlb edilib.

Təlimlərin təfərrüatları barədə məlumat verilmir.

Milli.Az