Moskvada 60 İŞİD tərəfdaşı saxlanılıb

14 Mart 2018 08:53

Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatı tərəfdaşlarının Suriya və İraqa göndərilməsi kanalının qarşısını alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə TASS FTX-in mətbuat xidmətinə istinadla məlumat yayıb.

Xüsusi əməliyyatın Moskva və Moskva vilayətinin ərazisində keçirildiyi bildirilir.

Məlumata əsasən, əməliyyat zamanı hüquq mühafizə orqanlarının əməkdaşları 60 xarici ölkə vətəndaşını saxlayıb.

Keçirilmiş axtarışlar zamanı saxta sənədlərin hazırlandığı 3 labaratoriya aşkar olunub.

Milli.Az