Fransada vertolyot qəzaya uğradı: 2 nəfər həlak oldu

14 Mart 2018 08:33

Fransada vertolyot qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində hava gəmisinin 70 yaşlı pilotu və 30 yaşlı sərnişini həlak olub.

İnsidentin yerli vaxtla saat 16.00-da Perpinyan şəhərinin yaxınlığında baş verdiyi bildirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az