ABŞ-da məsciddə partlayış törətmək istəyən 3 nəfər saxlanılıb

14 Mart 2018 08:13

ABŞ-ın İllinoys ştatında 2017-ci ilin avqustunda Minnesota şəhərindəki məsciddə partlayış planlaşdırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, saxlanılanlar həmçinin tibb mərkəzinin qarşısında partlayış hazırlamaqda ittiham olunur.

Bundan əlavə, həbs olunanlardan biri qanunsuz silah saxlanılmasında ittiham edilir.

Milli.Az