İranda "Şimal-Cənub" layihəsi çərçivəsində terminal kompleksi açılacaq

13 Mart 2018 20:04

Yaxın vaxtlarda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran Astarasında terminal kompleksinin birinci fazasının açılışı planlaşdırılır, bütün kompleks isə 2018-ci ilin sonunadək istifadəyə veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi İran və Azərbaycan arasında reallaşdırılan ən uğurlu layihələrdən biridir:

"Azərbaycan tərəfi öz ərazisində Şimal-Cənub layihəsi çərçivəsində bütün işləri başa çatdırıb. Artıq ilk yük "Şimal-Cənub" marşrutu üzrə nəql olunur".

Milli.Az