ABŞ-da məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı

13 Mart 2018 19:45

ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.

Milli.Az