Fabreqas: "İspaniya millisinə dəvət almağa ümidim var"

13 Mart 2018 17:57

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas 2018-ci il dünya çempionatında iştiraka ümidlidir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, AVRO-2016-dan sonra İspaniya millisinə çağrılmayan təcrübəli havbek bunları deyib:

"Mən təslim olan insan deyiləm. Hələ də dünya çempionatına gedəcəyimə ümidim var. Bunun çətin olduğunu bilirəm. Uzun zamandır milliyə çağrılmıram. İndi "Çelsi"də oynamağa köklənmişəm. Əlbəttə, məşqçilər məni tanıyır. Yenidən İspaniya yığmasında oynamaq əla olardı. Dəvət alsam, mox gözəl. Almasam, evdə oturub komandaya azarkeşlik edəcəm".

Milli.Az