Rusiyalı fanat Marsel məhkəməsinin qarşısına çıxacaq

13 Mart 2018 17:40

Fransanın Marsel şəhərində Rusiya vətəndaşına qarşı cinayət işi açılıb.

Mİlli.Az goal.az-a istinadən xəbər verir ki, həmin şəxs 2016-cı il Avropa çempionatı zamanı baş tutan Rusiya - İngiltərə (1:1) matçından öncə Endryu Beyç adlı ingilis azarkeşə hücum edən qrupun arasında olub. Həmin azarkeş İngiltərə və Fransa polisinin ortaq səyi nəticəsində fevralın 20-i Kölndə saxlanılıb. Martın 12-də isə onu Marsel məhkəməsinə göndəriblər. 

Milli.Az