Elektromobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı?

13 Mart 2018 22:05

Elektrik avtomobilinizin batareyasını bir neçə dəqiqəyə, smartfonunuzu isə bir neçə saniyəyə doldura biləcəyinizi təsəvvür edə bilərsinizmi?

Karbon superkondensatorların enerji toplamaq gücünü artıran yeni material aşkar edildiyini bildirən tədqiqatçılar inanırlar ki, yaxın gələcəkdə bu, belə də olacaq.

Böyük həcmdə elektrik enerjisini toplayıb-boşaldan superkondensatora bəzən ultrakondensator da deyilir.

Superdielectrics Ltd şirkətinin direktoru doktor Donald Highgate Britaniyanın Bristol və Surrey universitet qrupları ilə birgə yeni polimer materialdan superkondensatorların hazırlanması üzərində işləyir.

Alimlər ümid edir ki, superkondonsatorlar yaxın gələcəkdə ənənəvi litium-ion batareyalarını əvəz edə biləcək.

Lakin hələlik supekondensatorlar böyük enerji həcmlərini yalnız çox qısa zaman kəsiyi üçün təmin edə bilir - misal üçün avtomobilin mühərriki işə düşəndə və ya qatarın sürətini artırmaq lazım gələndə.

Eyni zamanda superkondensatorlar nəqliyyat vasitələrinin dayanması və ya tormozlanması zamanı enerji artığının toplanmasını təmin etdiyinindən elektrik avtomobillərin mühüm komponentinə çevrilib.

Electric car being chargedElektrik avtomobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı?

Elektrik enerjisini paylayan şəbəkələrdə həmin supekondensatorlar pik saatlarında enerji paylaşımını balanslı şəkildə həyata keçirməyə imkan verir.

Cənubi Koreya paytaxtı Seulda 2020-ci il üçün supekondensatorlarla təchiz olunmuş şəhər avtobuslarının sayının 3500-ə çatacağı gözlənilir.

Belə avtobuslardan hazırda Çinin Şanxay şəhərində də istifadə olunur.

Peugeot Citroen avtomobil şirkəti istehsal etdiyi avtomobillərdə 2010-ci ildən başlayaraq superkondensatorlardan istifadə edir.

Həmin cihazları buraxan Maxwell Technologies şirkəti bildirib ki, belə superkondensatorlarla milyondan çox avtomobil təchiz olunub.

Lakin hələlik litium-ion batareyaları ilə müqayisədə superkondensatorların enerji sıxlığı göstəricisi litium-ion batareyaları ilə müqayisədə xeyli aşağıdır.

Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşı Gareth Hinds-in qeyd etdiyi kimi, hər kiloqram çəkiyə düşən enerji miqdarını göstərən həmin parametr superkondensatorun böyük həcmdə enerjini uzun müddət ərzində saxlama qabiliyyətini müəyyən edir.

Estonia, Almaniya və Finlandiayada superkondensator buraxan Skeleton Technologies şirkətinin rəhbəri və təsisçisi Taavi Madiberk deyir ki, onun məhsullarında karbon atomlarının altıbucaqlı şəbəkələrindən ibarət və qalınlığı bir atoma bərabər olan qrafen ərplərindən istifadə olunur.

Lakin Taavi Madiberk də etiraf edir ki, qısa zaman kəsiyi üçün superkondensatorların litium-ion batareyaları ilə qoşa istifadəsi hər iki cihazın faydalı iş əmsalını artırır.

NaWa supercapacitors on shiny surfaceNaWa şirkəti bildirib ki, onun buraxdığı superkondensatorlar rəqib cihazlardan 5 dəfə çox həcmdə enerji toplaya bilir.

Superkondensator buraxan daha bir şirkət, Fransanın cənubunda yerləşən NaWa technologies qrupunun başçısı Ulrik Grapenother deyir ki, superkondensator litium-ion batareyası ilə qoşa işləyəndə batareyanın ömrü 2-3 dəfə uzanır, çünki maşın batareyasının ömrünü qısaldan sürətyığma və tormozlama mərhələlərində ağırlığı üzərinə superkondensator götürür.

Karbon yüngül material olduğundan isə, superkondensatorla təchiz olunmuş elektrik avtomobilin enerji blokunun ümumi çəkisini xeyli yüngülləşdirmək də mümkündür.

Misal üçün, Formula E yarışlarında iştirak edən avtomobillərin batareya blokunun hazırki çəkisi 300 kg-dir.

Williams Advanced Engineering şirkəti hesab edir ki, sürət və məsafə itkisi olmadan, superkondensatorların hesabına bu rəqəmi 200 kg səviyyəsinə salmaq mümkündür.

Formula E racing carFormula E yarışlarında iştirak edən avtomobillərin batareya blokunun çəkisi 30 faiz yüngülləşə bilər, NaWa şirkəti deyir.

Superkondensatorun daha bir üstünlüyü onun milyon dəfə dolub-boşalmaya tab gətirməsidir.

Mütəxəssislər xatırladır ki, kimyəvi reaksiya hesabına işlədiyindən adi batareyaları yalnız 3000 -5000 dəfə doldurmaq mümkündür.

İstehsalçılar qeyd edir ki, superkondesatorun daha bir üstünlüyü onun hazırlanmasında kobalt kimi nadir materialdan istifadə olunmamamsıdır.

Bununla belə, superkondensatorların geniş istifadəyə verilməsi hər il 5-10% faydalı iş əmsalı artan ənənəvi litium-ion texnologiyalı batareyaları dövriyyədən tamam çıxarmayacaq.

Alimlər hesab edir ki, yeni superkondensatorlar bərpa olunan enerjidən istifadənin xeyli genişləndirilməsində həlledici rol oynaya bilər.

Milli.Az