Ölüm düşərgəsinin mühasibi vəfat etdi

13 Mart 2018 23:25

Almaniya prokurorluğunun bildirdiyinə görə, Osvensim ölüm düşərgəsində mühasib kimi çalışan Oskar Qroninq dünyasını dəyişib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, 94 yaşlı Qroninq 300 min yəhudinin qətlə yetirilməsi ilə bağlı 4 illik həbs cəzasına başlamalı idi. O, düşərgədə yol verilən vəhşiliklərdən xəbərdar olduğunu etiraf etsə də, bu cinayətlərdə əli olduğunu inkar edirdi.

Qroninq Polşadakı nasist ölüm düşərgəsindəki əsirlərdən pul toplayaraq, Berlin hökumətinə göndərməkdə ittiham edilirdi.

Milli.Az