Efiopiyada avtobus uçuruma düşdü - 38 ölü

13 Mart 2018 16:33

Efiopiyanın şimalında sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində azı 38 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, ölənlərin 28-i kişi, 10-u qadındır.

Avtobusda, ümumilikdə, əksəriyyəti tələbə olmaqla 48 nəfər olub. Sağ qalan 10 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Milli.Az