İran Azərbaycanda xəstəxanalardan birini idarə edəcək

13 Mart 2018 16:12

"İran Azərbaycanda özəl xəstəxanalardan birinin idarəetməsini həyata keçirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan İranla səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirir:

"Əminəm ki, bu layihə yaxın zamanlarda başa çatacaq".

Ş.Mustafayev həmçinin əlavə edib ki, ölkələr digər sahələrdə də fəal əməkdaşlıq edir:

"Bizim kənd təsərrüfatı sahəsində yaxşı əlaqələrimiz var. Bundan başqa biz ölkəmizdə avtobus və kənd təsərrüfatı texnikasının istehsalının təşkil olunması üçün İran tərəfinə şərait yaratmaq istəyirik".

Milli.Az