Fransada "quş qripi" yayıldı

13 Mart 2018 15:04

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.

Qeyd olunur ki, idxal məhdudiyyəti martın 13-dən başlayaraq müvəqqəti tətbiq olunur.

Quş qripinin Fransanın Men və Luara, Sarta, Dö-Sevr departamentlərində qeydə alındığı bildirilir.

Milli.Az