Qəzaya uğrayan təyyarənin pilotunun son səs yazısı ÜZƏ ÇIXDI - VİDEO - FOTO

13 Mart 2018 14:46

İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsinin kapitan pilotu Beril Gebeşin son səs yazısı ortaya çıxıb.

Qəzaya uğrayan Türkiyə təyyarəsinin pilotunun son sözləri ORTAYA ÇIXDI - VİDEO

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Beril Gebeşin 8 mart günü İstanbuldan qalxarkən dispetçer qülləsi ilə yaratdığı telefon danışığı ortaya çıxıb. Beril Gebeş son səs yazısında səlahiyyətli şəxslərdən təyyarəni işa salmaq üçün icazə istəyib. Bir müddət sonra uçuşu gerçəkləşdirən Gebeş bu dəfə də təyyarəni yüksəyə qaldırmaq üçün qüllə ilə birbaşa bağlantı yaradıb. Havaya qalxdıqdan sonra 5 min fut yüksəkliyə çatdığını söyləyən pilot daha çox yüksəyə qalxmaq üçün icazə gözləyib. Əlaqə qüllənin 6 min futa qədər qalxma icazəsi verməsi ilə kəsilib.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəzaya uğrayan Türkiyə təyyarəsinin pilotunun son səs yazısı ÜZƏ ÇIXDI